Manatla olan əmanətlərin həcmi artır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Manatla olan əmanətlərin həcmi artır

Manatla olan əmanətlərin həcmi artır


2016-cı il aprel ayının 1-nə Azərbaycanda fiziki şəxslərin əmanətlərinin həcmi 7 milyard 888,9 milyon manat təşkil edib. Bu isə cari ilin fevral ayının yekunları ilə müqayisədə 188,4 milyon manat və ya 2,33% azalma deməkdir.

Bu barədə Oxu.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Hesabata görə, ötən ilin analoji dövrü ilə müqayisədə isə fiziki şəxslərin əmanətləri 107,3 mln. manat və ya 1,38% artıb.

“Fiziki şəxlərin manatla əmanətlərinin həcmi aprelin 1-nə 1 milyard 511,6 milyon manat təşkil edib. Bu isə cari ilin fevral ayının yekunları ilə müqayisədə 102,5 milyon manat və ya 7,27% çoxdur. 2015-ci ilin analoji dövrü ilə müqayisədə isə manat əmanətləri 1 milyard 185,4 milyon manat və ya 44% azalıb”, - deyə bankın hesabatında vurğulanır.

Bundan başqa, AMB-dən qeyd edilib ki, xarici valyutada olan əmanətlərin həcmi son bir ayda 4,36% azalıb:

“Xarici valyutada fiziki şəxslərin əmanətləri aprelin 1-nə 6 milyard 377,3 milyon manat təşkil edib ki, bu da martın 1-nə olan göstəricidən 291,1 milyon manat və ya 4,36% azdır.

Ötən ilin analoji dövrü ilə müqayisədə isə xarici valyutada əmanətlər 1 milyard 292,7 milyon manat və ya 25,4% artıb”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *