Azərbaycanda problemli kreditlərin həcmi azalmaqdadır » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycanda problemli kreditlərin həcmi azalmaqdadır

Azərbaycanda problemli kreditlərin həcmi azalmaqdadır


2016-cı ilin aprelin 1-nə Azərbaycanda problemli kreditlərin həcmi 1 milyard 326,5 milyon manat təşkil edib. Bu da cari ilin fevral ayının yekunları ilə müqayisədə 3 milyon manat və ya 0,23% azdır.

Oxu.Az bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yaydığı hesabata istinadən xəbər verir.

Hesabata görə, ilin əvvəlindən isə problemli kreditlərin həcmi 182 milyon manat və ya 12,06% azalıb.

“Milli valyutada problemli kreditlərin həcmi 691,5 milyon manat, xarici valyutada isə 635 milyon manat təşkil edib.

Manatda vaxtı keçmiş kreditlərin ümumi problemli kreditlərin həcmində çəkisi 52,13%, xarici valyutada isə bu göstərici 47,87% təşkil edib. Bu cür kreditlərin həcmi ümumi kredit qoyuluşlarında xüsusi çəkisi son bir ayda 6,54%-dən 6,74%-ə yüksəlib”, - deyə bankın hesabatında vurğulanıb.

Xatırladaq ki, 2015-ci ilin yekunlarına görə, Azərbaycanda problemli kreditlərin həcmi 1 milyard 508,5 milyon manat təşkil edib.

Mənbə: Oxu.Az - Ülviyyə R. Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *