Mərkəzi Bank: İstehlak kreditlərinin həcmi 9,5% azalıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Mərkəzi Bank: İstehlak kreditlərinin həcmi 9,5% azalıb

Mərkəzi Bank: İstehlak kreditlərinin həcmi 9,5% azalıb


2016-ci ilin aprelin 1-nə Azərbaycan kredit təşkilatları tərəfindən 19 milyard 687 milyon manat kredit qoyuluşunun 7 milyard 583,2 milyon manatı ev təsərrüfatlarına (istehlak kreditləri - red.) aid olub.

Bu isə cari ilin fevral ayının yekunları ilə müqayisədə 156,5 milyon manat və ya 2%-dən çox azalma deməkdir.

Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) cari ilin mart ayının yekunlarına dair açıqladığı hesabatda deyilib.

İlin əvvəlindən istehlak kreditlərin həcmi 800,4 milyon manat və ya 9,5% azalıb. Bir ildə isə bu göstərici 8 milyard 296,6 milyon manatdan 7 milyard 583,2 milyon manata düşüb, bu isə 713,4 milyon manat və ya 8,6% azalma deməkdir.

AMB qeyd edib ki, kredit təşkilatları tərəfindən verilən istehlak kreditlərinin cəmi kreditlərdə xüsusi çəkisi isə son bir ayda 38,1%-dən 38,5%-ə yüksəlib.

Xatırladaq ki, verilən istehlak kreditlərinin ən pik həddi 2015-ci ilin martın 1-də qeydə alınıb, 8 milyard 416,7 milyon manat. Ötən ilin əvvəlində, eləcə də fevralın 1-nə olan hesabata görə, istehlak kreditlərinin cəmi kreditlərdə xüsusi çəkisi nə az, nə çox 44% olub.

Qeyd edək ki, ötən ilin yekunlarına görə, Azərbaycanda istehlak kreditlərinin həcmi 8 milyard 383,6 milyon manat təşkil etmişdi.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *