Mərkəzi Bank: İstehlak kreditlərinin həcmi 300 milyon manat azalıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Mərkəzi Bank: İstehlak kreditlərinin həcmi 300 milyon manat azalıb

Mərkəzi Bank: İstehlak kreditlərinin həcmi 300 milyon manat azalıb


2016-cı ilin fevralın 1-nə Azərbaycan kredit təşkilatları tərəfindən 21 milyard 186, 2 milyon manat kredit qoyuluşunun 8 milyard 66,5 milyon manatı ev təsərrüfatlarına (istehlak kreditləri - red.) aid olub. Bu isə son bir ayda 317,1 milyon manat və ya 3,8% azdır.

Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) cari ilin yanvar ayının yekunlarına dair açıqladığı hesabatda deyilib.

AMB qeyd edib ki, kredit təşkilatları tərəfindən verilən istehlak kreditlərinin cəmi kreditlərdə xüsusi çəkisi isə son bir ayda 38,6%-dən 38,1 %-ə düşüb.

Verilən istehlak kreditlərinin ən pik həddi 2015-ci ilin martın 1-də qeydə alınıb, 8 milyard 416,7 milyon manat. Ötən ilin əvvəlində, eləcə də fevralın 1-nə olan hesabata görə, istehlak kreditlərinin cəmi kreditlərdə xüsusi çəkisi nə az, nə çox 44% olub.

Qeyd edək ki, ötən ilin yekunlarına görə, Azərbaycanda istehlak kreditlərinin həcmi 8 milyard 383,6 milyon manat təşkil etmişdi.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *