Dövriyyədə olan manat kütləsi artdı
2016-cı ilin mayın 1-nə Azərbaycanda dövriyyədə olan manat kütləsinin (pul bazası) həcmi 6 milyard 726,1 milyon manat təşkil edib. Bu isə cari ilin mart ayının yekunları ilə müqayisədə 190,3 milyon manat və ya 2,9% artım deməkdir.
Bu barədə Oxu.Az Azərbaycan Mərkəzi Bankının (AMB) cari ilin aprel ayının yekunları ilə bağlı açıqladığı statistik məlumatlara istinadən xəbər verir.
Hesabata görə, cari ilin əvvəlindən isə dövriyyədə olan manat kütləsi 175,7 milyon manat və ya 2,5% azalıb.
Qeyd edək ki, cari ilin əvvəlində dövriyyədə olan manat kütləsinin həcmi 6 milyard 901,8 milyon manat, mart ayının yekunlarında, yəni aprelin 1-nə isə 6 milyard 535,8 milyon manat təşkil edib.
Mənbə:> Oxu.Az - Ülviyyə R. Əli