Azərbaycanda pul kütləsi artdı
Azərbaycanın pul kütləsi son bir ayda 698,3 milyon manat artıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) son yaydığı hesabatda deyilib.
Belə ki, bu ilin sentyabr ayının yekununa görə, Azərbaycanda pul kütləsi 7 milyard 50,4 milyon manat təşkil edib.
Bu da avqust ayının yekunu ilə müqayisədə 11% çoxdur. Bundan başqa, pul kütləsi ilin əvvəli ilə müqayisədə isə 38,9% azalıb.
Qeyd edək ki, avqustun sonunda pul kütləsinin həcmi 6 milyard 352,1 milyon manat olub.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli