Bakı-Şarm Əl-Şeyx aviareysi dayandı
Bakı-Şarm Əl-Şeyx-Bakı aviareysləri bu gundən dayandırılıb.
Oxu.Az xəbər verir ki, bu istiqamət üzrə uçuşlar iyulun 31-dək sərnişin azlığından müvəqqəti olaraq dayandırılıb. Bu marşrut üzrə reyslər avqust ayından etibarən yenidən bərpa olunacaq.
Qeyd edək ki, bu il Bakıdan Şarm Əl-Şeyxə ilk uçuş iyunun 3-də “Silk Way Travel” şirkəti tərəfindən təşkil edilib. “Airbus A320” təyyarəsi ilə həftədə bir dəfə olmaqla uçuşları “Air Cairo” aviaşirkəti (Misir) həyata keçirib. Bu istiqamət üzrə saat 09:30-da Bakıdan havaya qalxan təyyarə, yerli vaxtla 11:00-da Şarm Əl-Şeyxə, əks istiqamətdə isə 03:00-da havaya qalxan təyyarə 08:30-da Bakıya enirdi. Bu istiqamət üzrə ikitərəfli biletin qiyməti 300 ABŞ dolları təşkil edir.
Mənbə:> Oxu.Az