Şarm Əl-Şeyx-Bakı birbaşa aviareysi açılacaq
Şarm Əl-Şeyx-Bakı birbaşa aviareysi barədə qərar mayın 19-dək qəbul ediləcək.
AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Suzan Cəmil Nuh müsahibəsində deyib.
Onun sözlərinə görə, mayın 15-də Misir Ərəb Respublikasının turizm sahəsi üzrə rəsmi qurumlarının və turizm şirkətlərinin nümayəndələri Bakıya işgüzar səfərə gələcək.
4 gün davam edəcək səfər çərçivəsində hər iki ölkənin turizminin inkişafına dair görüşlər keçiriləcək və Şarm Əl-Şeyx şəhərinə birbaşa aviareysin açılması barədə rəsmən elan olunacaq.
Mənbə:> AzərTAc