Şeyx Bakıdadır – YENİLƏNİB
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum aprelin 1-də Azərbaycana rəsmi səfərə gəlib.
Oxu.Az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumu hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.
15:15
Bu gün Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri, Dubay Əmirliyinin hakimi Şeyx Muhammed Bin Rəşid əl-Maktumun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı Səfirliyindən məlumat verilib. Səfər zamanı Şeyx Muhammed Bin Rəşid əl-Maktumu kabinet işləri, iqtisadiyyat, xarici işlər üzrə dövlət naziri və digər yüksək rütbəli şəxslər müşayiət edəcək.
İki günlük səfər çərçivəsində Azərbaycanda dövlət başçısı və digər rəsmi şəxslərlə görüşlər gözlənilir.
Qeyd edək ki, bir neçə gün öncə şeyxin varisi Hamdan Muhammed Bin Rəşid əl-Maktum da Azərbaycanda səfərdə olmuşdu. Qeyri-rəsmi xaraker daşıyan səfərdə gənc şeyx paytaxtda və bölgələrimizdə olmuş, ov prosesində iştrak etmişdi. Səfərdən çəkilən fotoları isə instagram səhifəsində paylaşmışdı.
Mənbə:> Oxu.Az