Bakıdan Riqaya birbaşa uçuşlar həyata keçiriləcək » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Bakıdan Riqaya birbaşa uçuşlar həyata keçiriləcək

Bakıdan Riqaya birbaşa uçuşlar həyata keçiriləcək


“Azərbaycan Hava Yolları” (AZAL) və Latviyanın “airBaltic” aviaşirkəti 2016-cı il 29 may tarixindən etibarən Bakı-Riqa-Bakı marşrutu üzrə birgə reyslər yerinə yetirməyə başlayacaq.

Oxu.Az-ın məlumatına əsasən, birgə istismar haqqında razılaşmaya (code-share agreement) əsasən, “airBaltic” aviaşirkətinin bu hava xətti üzrə reysləri hər iki aviaşirkətin kodları altında yerinə yetiriləcək.

Riqa-Bakı marşrutu üzrə birbaşa uçuşlar hər həftənin çərşənbə və bazar günləri yerinə yetiriləcək. Bakıdan Riqa istiqamətində uçuşlar isə bazar ertəsi və cümə axşamı günləri həyata keçiriləcək.

Məlumata əsasən, Heydər Əliyev Beynəlxalq Hava Limanından uçuş - Bakı vaxtı ilə səhər saat 07:05-də, Riqa Beynəlxalq Hava limanına enmə - yerli vaxtla saat 09:15-də, Riqadan uçuş - yerli vaxtla saat 23:55-də, Heydər Əliyev Beynəlxalq Hava Limanına enmə - Bakı vaxtı ilə saat şəhər 05:50-də həyata keçiriləcək.

Bakı-Riqa-Bakı marşrutu üzrə aviabiletin qiyməti 314 avrodan başlayır.

Latviyanın paytaxtı Riqa Baltikyanı ölkələrin ən böyük şəhəri və ölkənin əsas turizm mərkəzidir. Riqanın Köhnə Şəhər, Lido əyləncə mərkəzi və digər maraqlı turistik yerləri müxtəlif ölkələrindən hər il minlərlə turist cəlb edir.

Riqaya reyslər biznes və ekonom salonlu, komfortlu “Boeing-737” laynerləri ilə həyata keçiriləcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *