"WizzAir" aviaşirkəti Azərbaycana reysləri bərpa edir » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

"WizzAir" aviaşirkəti Azərbaycana reysləri bərpa edir

"WizzAir" aviaşirkəti Azərbaycana reysləri bərpa edir


Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası ilə "WizzAir" lou-kost aviaşirkəti (Macarıstan-Polşa) arasında Budapeşt-Bakı-Budapeşt marşrutu ilə müntəzəm aviareyslərin yerinə yetirilməsinə dair razılıq əldə olunub. "Report"un verdiyi xəbərə görə, bununla bağlı bu gün Bakıda "Wizzair" və "Ground Handling Company" (Azərbaycan) arasında reyslərə xidmət üzrə müvafiq saziş imzalanıb. Sənədi "Ground Handling Company"nin direktoru İlqar Ələkbərov və "Wizzair" şirkətinin baş meneceri Yozef Paradi imzalayıblar.

Xatırladaq ki, ilk öncə Azərbaycan tərəfi xarici şirkətə Qəbələ hava limanından uçuşlar həyata keçirməyi təklif etmişdir, lakin "WizzAir" reyslərin Bakı istiqamətində yerinə yetirilməsinə təkid edib və tərəflər arasında bununla bağlı razılıq əldə edilib.

"WizzAir" Budapeşt-Bakı-Budapeşt istiqaməti üzrə aviareyslərə 2016-cı il mart ayının 27-də başlayacaq. Uçuşlar həftədə 2 dəfə (III və VI günlər Budapeştdən Bakıya, IV və VII günlər isə əks istiqamətdə) yerinə yetiriləcək. Bakı-Budapeşt istiqamətində aviabiletin qiyməti 39,99 avro olacaq.
Xatırladaq ki, "WizzAir" 2013-cü ilin iyun ayından Budapeştdən Bakıya birbaşa reyslər yerinə yetirməyə başlayıb, 2014-cü ilin oktyabr ayında isə şirkətlər arasında uçuşlara dair müqavilənin müddəti bitdiyi üçün bu marşrut üzrə reyslər dayandırılıb.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *