Ukrayna “Eurovision”dan imtina etməyəcək
Ukrayna 2017-ci ildə ölkədə “Eurovison”un keçirilməsi üçün maksimum səy göstərəcək.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Vladimir Qroysman “1+1” telekanalının efirində bildirib.
“Biz heç bir halda “Eurovision”un keçirilməsindən imtina etməyəcəyik. Hesab edirəm ki, bu, bizim üçün böyük şərəfdir”, - o deyib.
Baş nazir, həmçinin qeyd edib ki, hakimiyyət bu beynəlxalq müsabiqəni yüksək, peşəkar səviyyədə keçirmək üçün maksimum səy göstərəcək.
Maliyyə naziri Aleksandr Danelyuk mayın 18-də müsabiqənin Ukraynada keçirilməsini “sayıq qiymətləndirməyi” vəd edib. Bununla yanaşı, məmur müsabiqənin keçirilməsi haqqının başqa ölkəyə verilməsi imkanını da xatırladıb.
Mənbə:> Oxu.Az