“Eurovision”nun təşkilatçıları erməninin müraciətini rədd etdi » AzNews.info -Xəbər portalı

“Eurovision”nun təşkilatçıları erməninin müraciətini rədd etdi

“Eurovision”nun təşkilatçıları erməninin müraciətini rədd etdi


“Eurovision 2016”nın təşkilatçıları Change.org saytında müsabiqənin nəticələrinə yenidən baxılması ilə bağlı petisiya yerləşdirən əslən erməni olan Artur Ovannisyana cavab verib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat “Eurovision”nun rəsmi Facebook səhifəsində yerləşdirilib.

Təşkilatçılar qərara alıblar ki, Ukrayna müsabiqənin qalib olaraq qalacaq.

“Biz başa düşürük ki, “Eurovision 2016”nın nəticələri ilə razı olmayanlar var. Qeyd edək ki, qaliblər subyektiv və şəxsi fikir əsasında müəyyən edilir. Bu səbəbdən yarışmanın nəticələrindən razı qalmayan insanlar həmişə olur”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, mayın 15-də Change.org saytında “Eurovision 2016” beynəlxalq mahnı müsabiqəsinin nəticələrinə yenidən baxılması ilə bağlı petisiya yerləşdirilib. Petisiyanın müəllifi kimi Yerevandan olan Artur Ovannisyan göstərilib.

Mayın 14-də İsveçin paytaxtı Stokholm şəhərində keçirilən 61-ci “Eurovision-2016” beynəlxalq mahnı müsabiqəsinin qalibi Ukrayna olub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *