“Eurovision 2016”nın qalibi məlum oldu – VİDEO
Mayın 14-də Bakı vaxtilə saat 23.00-də İsveçin paytaxtı Stokholm şəhərində “Eurovision 2016” mahnı müsabiqəsinin finalı baş tutub.
Oxu.Az xəbər verir ki, final mərhələsində 26 ölkə təmsilçisi iştirak edib:
1. Belçika
2. Çexiya
3. Niderland
4. Azərbaycan
5. Macarıstan
6. İtaliya
7. İsrail
8. Bolqarıstan
9. İsveç
10. Almaniya
11. Fransa
12. Polşa
13. Avstraliya
14. Kipr
15. Serbiya
16. Litva
17. Xorvatiya
18. Rusiya
19. İspaniya
20. Latviya
21. Ukrayna
22. Malta
23. Gürcüstan
24. Avstriya
25. Böyük Britaniya
26. Ermənistan
Səsvermə prosesində isə dünya şöhrətli müğənni Castin Timberleykin 16 nəfərlik qrupla möhtəşəm çıxışı olub.
Müsabiqənin qalibi isə Ukrayna olub. Avstraliya 2-ci, Rusiya isə 3-cü yerdə qərarlaşıb.
Rusiya izləyicilərin səsverməsində ən çox xal toplayan ölkə olsa da, münsiflərin verdiyi səslərin çoxluğuna görə Ukrayna qalib oldu. Beləliklə "Krım tatarlarının ruslar tərəfindən sürgünü" mövzulu mahnının qalib olması və eyni zamanda Ukraynanın qalib olması Avropanın Rusiyaya bir işarəsi də sayıla bilər. Bu arada Azərbaycan münsifləri Rusiyaya 12 xal, Ermənistan münsifləri isə cəmi 2 xal layiq gördülər. Ermənistan 12 xalını Fransaya verdi.
Azərbaycan təmsilçisi Səmra Rəhimli 17-ci pillədə yer alıb.
Mənbə:> Oxu.Az - Aytən Sadıqzadə