Bu gün “Eurovision 2016”nın qalibi məlum olacaq » AzNews.info -Xəbər portalı

Bu gün “Eurovision 2016”nın qalibi məlum olacaq – VİDEO

Bu gün “Eurovision 2016”nın qalibi məlum olacaq


Artıq “Eurovision” Mahnı Müsabiqəsinin finalına bir neçə saat qalıb.

Oxu.Az xəbər verir ki, bukmeykerlərin tərtib etdiyi favorit ölkələr siyahısında ilk sıralarda Rusiya, Fransa, İsveç, Ukrayna, Avstraliya yer alır.

Layihənin prodüsseri Krister Byerkmanın sözlərinə görə, bu ilki səsvermə tamamilə gizli keçiriləcək, nəticə yalnız sonda elan olunacaq.

Finalda tamaşaçıları gözləyən sürprizlərdən biri amerikalı müğənni Castin Timberleykin çıxışı olacaq.

Təmsilçilərin səhnəyə çıxış ardıcıllıqları isə belədir:

1. Belçika
2. Çexiya
3. Niderland
4. Azərbaycan
5. Macarıstan
6. İtaliya
7. İsrail
8. Bolqarıstan
9. İsveç
10. Almaniya
11. Fransa
12. Polşa
13. Avstraliya
14. Kipr
15. Serbiya
16. Litva
17. Xorvatiya
18. Rusiya
19. İspaniya
20. Latviya
21. Ukrayna
22. Malta
23. Gürcüstan
24. Avstriya
25. Böyük Britaniya
26. Ermənistan


Siyahıdan da göründüyü kimi Azərbaycan təmsilçisi Səmra Rəhimli səhnəyə 4-cü nömrə altında çıxacaq. Səmra ölkəmizi “Miracle” (“Möcüzə”) adlı mahnı ilə təmsil edəcək.



Azərbaycan “Eurovision” Mahnı Müsabiqəsində ilk dəfə 2008-ci ildə Serbiyanın paytaxtı Belqradda keçirilmiş 53-cü müsabiqədə iştirak edib.

Həmin müsabiqədə “Day After Day” mahnısı ilə Elnur Hüseynov və Samir Cavadzadənin təmsil etdiyi ölkəmiz, 132 xalla finalda 25 ölkə arasında 8-ci yeri tutub. 53 illik tarixi olan müsabiqədə ilk iştirakdan 8-ci yerə layiq görülmək əlbəttə ki, arzuolunan nəticə idi.



2009-cu ildə Rusiyanın paytaxtı Moskvada keçirilmiş müsabiqədə Aysel Teymurzadə və Araşın ifasında “Always” mahnısı ilə təmsil olunan Azərbaycan, 207 xal toplayaraq finalda 25 ölkə arasında 3-cü yerə layiq görülüb.



2010-cu ildə isə Norveçin paytaxtı Osloda keçirilmiş müsabiqədə “Drip Drop” mahnısı ilə Safura Əlizadənin təmsil etdiyi ölkəmiz 145 xal toplayaraq 5-ci yerdə qərarlaşıb.



2011-ci ildə Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycanı “Running Scared” mahnısı ilə təmsil edən Eldar Qasımov və Nigar Camal dueti 221 xal toplayaraq, ölkəmizi müsabiqə tarixində cəmi 4-cü dəfə çıxışından sonra qalib edib.



Beləliklə, Azərbaycan 2012-ci ildə müsabiqəyə ev sahibliyi etmək hüququ qazanıb.

“Eurovision 2012” təmsilçimiz isə “When The Music Dies” mahnısı ilə Səbinə Babayeva olub. 150 xalla 4-cü yeri tutub. Onu muğam ifası ilə dünya şöhrətli sənətkarımız Alim Qasımov müşayiət edib.



2013-cü ildə ölkəmizi “Hold Me” mahnısı ilə Fərid Məmmədov təmsil edib. Onun çıxışı finalda iştirak edən 26 mahnı arasında 2-ci yeri qazanıb.



Azərbaycan ən pis nəticəsini isə 2014-cü ildə Dilarə Kazımovanın ifa etdiyi “Start a Fire” adlı mahnı ilə əldə edib. Finalda iştirak edən 26 ölkə arasında 22-ci yerə layiq görülüb.



Azərbaycanı 2015-ci ildə “Hour Of The Wolf” mahnısı ilə ikinci dəfə təmsil edən Elnur Hüseynov finalda iştirak edən 27 mahnı arasında 12-ci yerə layiq görülüb.



Bu il 61-ci dəfə keçirilən “Eurovision” Mahnı Müsabiqəsində 9-cu dəfə iştirak edən ölkəmizə qalibiyyət arzu edirik!

Mənbə: Oxu.Az - Aytən Sadıqzadə
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *