Elnur yenidən “O səs Türkiyə” səhnəsində » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maqazin, Media, Video

Elnur yenidən “O səs Türkiyə” səhnəsində – VİDEO

Elnur yenidən “O səs Türkiyə” səhnəsində


Azərbaycanlı müğənni Elnur Hüseynov “O səs Türkiyə” müsabiqəsinin final gecəsində iştirak edib.

Oxu.Az xəbər verir ki, o, “Eurovision”da ifa etdiyi “Hour of the Wolf” mahnısının remiks versiyasını səsləndirib.

Qeyd edək ki, Elnur 2003-cü ildən musiqi fəaliyyətinə başlayıb. O, 2003-cü ildə Lider TV-də yayımlanan “Sing Your Song” müsabiqəsini qalibi olub.

2008-ci ildə “Eurovision” mahnı müsabiqəsində Samir Cavadzadə ilə birlikdə “Day After Day” mahnısı ilə Azərbaycanın ilk təmsilçisi olublar. Onlar müsabiqədə 8-ci yeri tutublar. Müsabiqədə iştirakından sonra qısa müddət Ukraynada fəaliyyət göstərib və bir müddət Azərbaycanda müxtəlif konsert və şoularda çıxış edib.

Elnur karyerasında növbəti uğurunu 2015-ci ildə qazanıb. O, 2014-2015 mövsümündə TV8 kanalında yayımlanan “O Səs Türkiyə” müsabiqəsində qalib olub.

2015-ci ildə “Eurovision” mahnı müsabiqəsində yenidən Azərbaycanı təmsil etmək hüququ əldə edib. Bu dəfə o, “Hour Of The Wolf” mahnısı ilə çıxış edib və yekunda 13-cü olub.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *