Elnur Hüseynovun klipinə 1 milyon dəfə baxıldı – VİDEO
“Eurovision-2015” təmsilçimizin müsabiqədə oxuyacağı mahnı maraqla qarşılanır.
ANS PRESS-in məlumatına görə, “Eurovision” mahnı müsabiqəsinin rəsmi “Youtube” kanalında Elnur Hüseynovun oxuyacağı “Hour of the Wolf” mahnısına baxış sayı 1 milyonu keçib.
Qardaş ölkədə keçirilən “O səs Türkiyə” müsabiqəsində güclü səsi ilə izləyicilərin rəğbətini qazanan və sonda qalib seçilən həmyerlimiz Elnur Hüseynov “Eurovision”da ikinci dəfə iştirakı ilə daha da populyarlaşdı və izləyici kütləsi artdı.
O, ikinci yarımfinalında 11 nömrə altında çıxış edəcək.
Xatırladaq ki, müsabiqə may ayında baş tutacaq. Yarışın I və II yarımfinalı 19 və 21, finalı isə
23- mayda olacaq.
Mənbə:> ANSPRESS