Promotur çərçivəsində Elnur Hüseynov daha bir neçə ölkədə olacaq
Azərbaycanın “Eurovision 2015” mahnı müsabiqəsindəki təmsilçisi Elnur Hüseynov Avropa promoturu çərçivəsində daha bir çox ölkədə olacaq.
Oxu.Az xəbər verir ki, Elnur artıq Riqada və Budapeştdə olub və orada yerli mətbuata müsahibələr verib.
Hazırda azərbaycanlı müğənni Amsterdama və Moskvaya yollanır.
Aprelin 20-də Elnur Belçikanın Qent şəhərində olacaq. O, Belçikanın “MENT TV” kanalının efirində klipini təqdim edəcək və müsahibə verəcək. Buradan Yunanıstana gedəcək təmsilçimiz burada “To Proino Mou” səhər şousunda müsahibə verəcək.
Elnur Hüseynovun promoturunun finalı aprelin 26-27-də Gürcüstanda olacaq.
Qeyd edək ki, təmsilçimiz mayın 21-də “Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında 11 nömrə altında çıxış edəcək.
Mənbə:> Oxu.Az