İctimai TV-dən xəbərdarlıq » AzNews.info -Xəbər portalı

İctimai TV-dən xəbərdarlıq

İctimai TV-dən xəbərdarlıq


Avstriyada keçiriləcək “Eurovision-2015” mahnı müsabiqəsində Ermənistan təmsilçilərinin qondarma soyqırıma həsr olunmuş “Dont Deny” (İnkar etmə) adlı mahnı oxuyacağı haqda xəbərə İctimai Televiziya reaksiya verib.

ANS PRESS-in məlumatına görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti hesab edir ki, “Eurovizion” mahnı müsabiqəsidir və xoş məram güdən bu yarışma hansısa ölkənin siyasi ambisiyasının qurbanı ola və siyasi meydana çevrilə bilməz: “İctimai Televiziya və Radio Yayımları Şirkəti olaraq bəyan edirik ki, əgər bu xəbər təsdiqlənsə, biz də həmin müsabiqədə adekvat addım atacağıq”.

Xatırladaq ki, ötən gün yayılan xəbərdə Ermənistanın Vyanada keçiriləcək "Eurovision-2015" mahnı müsabiqəsində qondarma erməni soyqırımı ilə bağlı mahnı təqdim edəcəyi bildirilirdi.

Bildirilir ki, müsabiqədə Ermənistanda və 5 qitədə yaşayan erməni müğənnisi qondarma erməni soyqırımından bəhs edən "İnkar etməyin" (Don՛t Deny) mahnsını ifa edəcəklər.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *