Erməni helikopterini vuran hərbçimizə mahnı yazıldı » AzNews.info -Xəbər portalı

Erməni helikopterini vuran hərbçimizə mahnı yazıldı – VİDEO

Erməni helikopterini vuran hərbçimizə mahnı yazıldı


Ermənistan Hərbi-Hava Qüvvələrinə məxsus vertolyotun işğal etdikləri Azərbaycan ərazisindən mövqelərimizə hücumunu dəf edən o məşhur komandir bu gün evindədir.
AzNews.info ans press-ə istinadən xəbər verir ki, cəhbənin Ağdam istiqamətində mövqelərimizə hücuma cəhd edən Ermənistan Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri açdığı atəşlə məhv edən müddətdən artıq hərbi qulluqçu İlkin Muradov doğma kəndi Xolqarabucaqdadır.
Hərbi xidmətdə fərqləndiyinə görə hərbi hissə tərəfindən mükafatlandırılan İlkin valideynləri ilə görüşmək imkanı qazanıb.
Neftçala rayonunun Xolqarabucaq kəndində indi qocalı-cavanlı hamı Muradovlar ailəsinə baş çəkib sevinclərinə şərik olur.
İlkini sürprizlə qarşılayanlar da var. Onun üçün mahnı da bəstələyiblər.
Bu mahnının sədaları altında İlkinlə həmsöhbət olmaq hamı kimi bizə də qurur verirdi:
“Vur, komandir, vur,
Gəlir bu mənfur,
Düşməni susdur, sərhəddi pozur.
Vur, komandir, vur...”
İki bacının bir qardaşı, ailənin ilki olan 24 yaşlı İlkinin gəlişinə sevinən atanın hisslərinə isə yəqin ki, bütün atalar şərik çıxardı.
Bu gün Xolqarabucaq kəndi sevinc içindədir. Bu sevinci doğuransa İlkinin daha böyük döyüş uğurlarına imza atacağına və qələbə gününün çox da uzaqda olmayacağına inam hissidir.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *