`Göstəriş aldıq ki, helikopteri məhv edək` - İlkin Muradov » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Hərbi

`Göstəriş aldıq ki, helikopteri məhv edək` - İlkin Muradov

`Göstəriş aldıq ki, helikopteri məhv edək` - İlkin Muradov


Bir neçə gün öncə cəbhə xətinndə Ermənistana məxsus helikopteri vurması ilə gündəmə gələn həqiqi hərbi xidmət hərbi qulluqçusu, manqa komandiri İlkin Muradov "Azərbaycan Ordusu" qəzetinə müsahibə verib.

AzVision.az xəbər verir ki, İ.Muradov müsahibəsində erməni helikopterlərinin Azərbaycan mövqelərini atəşə tutduğunu qeyd edib.

`Mən start mövqeyində hazır dayanmışdım. Əvvəlcə uzaqdan düşmən helikopterlərinin səsini eşitdik. Sonra hədəflərin qaraltılarını nöqtə kimi binokldan müşahidə etdik. Gördük iki M-24 tipli helikopter düz üstümüzə gəlir.
Göstəriş aldıq ki, əgər bizim hərbi hissənin müdafiə rayonuna daxil olsalar, hava məkanını pozsalar, hədəfi məhv edək. Helikopterlər səngərlərimizin üzərinə sürətlə yaxınlaşaraq mövqelərimizi atəşə tutdular və postlarımıza zərbə endirdilər. Ön xətdəki döyüşçülərimiz də avtomat və pulemyotlardan düşmənin texnikalarını atəşə tutdular və bu zaman onlar sola istiqamət götürdülər. Mən dərhal arxada uçan helikopteri nişan alıb, tətiyi sıxdım`.

Manqa komandiri İlkin Muradov ailəsi bağlı məlumatları da paylaşıb:

`Valideynlərim sadə kənd adamlarıdır, atam təsərrüfat işlərilə məşğuldur. Məni hərbi xidmətə gətirən Azərbaycan əsgərinin geyiminə sevgim olub. Əsgər kimi 2008-2010-cu illərdə xidmət etmişəm. 2012-ci ildə isə yenidən orduya qayıtmaq fikrim olub. Ancaq atam xəstə olduğuna görə və sənədləri vaxtında düzəldib təqdim edə bilmədiyimə görə o vaxt mümkün olmadı.

İ.Muradov qeyd edib ki, nəhayət 2014-cü ildə xidmətə müddətə müddətdən artıq hərbi qulluqçu kimi götürülməsi barədə yenidən komandanlığa müraciət edib. İki ay kurs keçdikdən sonra zenitçi ixtisasına yiyələnmiş İlkin Muradov hərbi hisədə iyuldan fəaliyyət göstərir. Artıq 5aydır ki, hərbi hissədə qulluq edir.

Mənbə: AzVision.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *