Ölən erməninin adı açıqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Hərbi

Ölən erməninin adı açıqlandı

Ölən erməninin adı açıqlandı


Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulan Ermənistan helikopterində üç pilot həlak olub.

ANS PRESS-in məlumatına görə, bu barədə Erminstan Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamaya görə, helikopterdə həlak olan hərbçilərdən birinin adı məlum olub. Bildirilir ki, ölən hərbçilərdən biri komandir Sergey Saakyandır.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, davamlı olaraq mövqelərimiz üzərində döyüş manevrləri yerinə yetirən düşmən hərbi aviasiyası bu gün daha açıq şəkildə döyüş kursuna çıxaraq uçuşlar keçirməklə mövqelərimizə atəş açmağa cəhd edib.

Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib.

Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *