Rıbak Türkiyədə xəstəxanaya düşdü
“Eurovision-2009” mahnı müsabiqəsi qalibinin səhhəti pisləşib.
ANS PRESS-in məlumatına görə, Türkiyədə Əskişəhər Osmanqazi Universitetində keçirilən şənliklərdə konsert proqramı ilə çıxış edən müğənni və skripkaçı, “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Aleksandr Rıbakın konsertdən sonra halı pisləşib və xəstəxanaya aparılıb. Hadisədən xəbər tutan müğənninin pərəstişkarları narahatlıq hissi keçiriblər.
Nəfəs alma problemi yaşayan müğənninin həkimlərin müayinəsindən sonra səhhətinin yaxşı olduğu məlumatı verilib.
Xatırladaq ki, Aleksandr Rıbak 2009-cu ildə “Fairytale” mahnısı ilə “Eurovision” mahnı müsabiqəsində birincilik əldə edib. O, müsabiqədən sonra dünya turu çərçivəsində bir sıra konsertlər verib. Müğənni-skripkaçı, həmçinin müxtəlif ölkələrdə istedadlı gənclərlə birgə çıxış edib
Mənbə:> ANSPRESS