Elnur Hüseynov ilk rəsmi məşqinə çıxır – VİDEO
“Eurovision-2015” mahnı müsabiqəsində builki təmsilçimiz olan Elnur Hüseynov bu gün ilk rəsmi məşqinə çıxacaq.
ANS PRESS-in məlumatına görə, “Eurovision-2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında iştirak edəcək ifaçıların Vyana səhnəsində birinci rəsmi məşqi bu gün başlayır.
Azərbaycan təmsilçisi Elnurla birlikdə səhnədə bir qız-bir oğlan olmaqla, iki rəqqas yer alacaq.
Təmsilçimizin əsas məqsədi mahnının ideyasını, yəni, “hər ürək üçün vuruşmaq lazımdır” mesajını Avropa auditoriyasına çatdırmaqdır.
Qeyd edək ki, Elnur Hüseynov mayın 21-də "Eurovision 2015” mahnı müsabiqəsinin ikinci yarımfinalında 11-ci sırada "Hour of the Wolf” mahnısı ilə çıxış edəcək.
Mənbə:> ANSPRESS