Elnur bu gün “Eurovision – 2015”də çıxış edəcək
Xəbər verdiyimiz kimi bu gün Avstriyanın paytaxtı Vyana şəhərində “Eurovision - 2015” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.
Oxu.Az-ın məlumatına görə, “Wiener Stadthalle” arenasında baş tutacaq gecədə 17 ölkənin təmsilçisi yarışacaq: Azərbaycan, Kipr, Çexiya, İslandiya, İrlandiya, İsrail, Latviya, Litva, Malta, Monteneqro, Norveç, Polşa, Portuqaliya, San-Marino, Sloveniya, İsveç, İsveçrə.
Azərbaycanı “Eurovision - 2015” mahnı müsabiqəsində təmsil edən Elnur Hüseynov 11-ci nömrə altında “Hour of the Wolf” mahnısını təqdim edəcək.
Müsabiqənin final mərhələsi mayın 23-də keçiriləcək.
Xatırladaq ki, Elnur Hüseynov Bakıda baş verən yanğına görə Vyanada keçirilən görüşə qara lentlə qatılmışdı.
Mənbə:> Oxu.Az