Bu gecə “Eurovision 2015”in finalıdır » AzNews.info -Xəbər portalı

Bu gecə “Eurovision 2015”in finalıdır

Bu gecə “Eurovision 2015”in finalıdır


Bu gecə Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən “Eurovision 2015” mahnı müsabiqəsinin final şousu keçiriləcək.

Oxu.Az xəbər verir ki, müsabiqənin final şousu 45 ölkədə yayımlanacaq.

Yarışmanın final mərhələsi mayın 24-nə keçən gecə keçiriləcək.

Müsabiqədə Azərbaycan təmsilçisi Elnur Hüseynov "Hour of the Wolf" mahnısını uğurla ifa edərək finala keçib.

Avropanın ən populyar mahnısını müəyyənləşdirən “Eurovision -2015” mahnı müsabiqəsinin finalı Bakı vaxtı ilə saat 00:00-da “Wiener Stadthalle” arenasında başlayacaq.

Birinci yarımfinalda Rusiya, Albaniya, Serbiya, Rumıniya, Belarus, Yunanıstan, Estoniya, Macarıstan, Gürcüstan və Ermənistan finala vəsiqə qazanıb.

Qeyd edək ki, Avstriya, Almaniya, İtaliya, Böyük Britaniya, Fransa, Avstraliya və İspaniya finalda birbaşa iştirak etmək hüququ qazanan ölkələrdir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *