“Eurovision”da 10 finalçı məlum olub
Ötən gün Avstriyada “Eurovision-2015” mahnı müsabiqəsinin birinci yarımfinal konserti keçirilib.
ANS PRESS-in məlumatına görə, birinci yarımfinal mərhələsində 16 ölkənin təmsilçiləri çıxış edib.
“Viener Şdathal” arenasında səhnəyə birinci Moldova təmsilçisi Eduard Romanyuta çıxıb. Daha sonra Ermənistan, Belçika, Niderland, Finlandiya, Yunanıstan, Estoniya, Makedoniya, Serbiya, Macarıstan, Belarus, Rusiya, Danimarka, Albaniya, Rumıniya və Gürcüstan təmsilçiləri öz ifalarını səsləndiriblər.
Çıxışlardan sonra 15 dəqiqə ərzində təmsilçilərə səslər göndərilib. Səsvermə nəticəsində 10 ölkə finala çıxmaq hüququ qazanıb.
Birinci yarımfinalın ilk finalçıları bunlardır:
Albaniya,
Ermənistan,
Rusiya,
Rumıniya,
Macarıstan,
Yunanstan,
Estoniya,
Gürcüstan,
Serbiya,
Belçika.
Müsabiqənin növbəti mərhələsi mayın 21-də keçiriləcək.
Mənbə:> ANSPRESS