“Eurovision- 2015”in qalibi məlum oldu – VİDEO
Avstriyanın paytaxtı Vyanada “Eurovision- 2015” mahnı müsabiqəsinin final mərhələsi başlayıb.
“Qafqazinfo”nun məlumatına görə, artıq ölkələr aparıcılar tərəfindən sıralama ilə təqdim ediblər.
“Eurovision-2015”in Azərbaycan təmsilçisi Elnur Hüseynov 24-cü çıxış edib.
O, İsveç bəstəkarları Sandra Byurman, Nikolas Rebşer, Lina Hansonun bəstələdikləri “Hour of wolf” mahnısını ifa edib.
Müsabiqə “İTV” tərəfindən canlı yayımlanır.
***
Artıq səsverməyə start verilib, birincilik uğrunda 27 ölkə mübarizəyə qoşulub.
***
“Eurovision- 2015” mahnı müsabiqəsində səsvermə prosesi başa çatıb.
***
Artıq səslər hesablanıb, 40 ölkə sözügedən səsvermədə iştirak edir. İlk səs verən ölkələr Monteneqro və Malta ölkəmizə 8 bal verib.
***
Azərbaycan 8 balı İtaliyaya, 10 balı Gürcüstana, 12 balı isə Rusiyaya verib.
***
Hələlik müsabiqənin qalibi 187 balla Rusiyadır.
***
Azərbaycana bal verən digər ölkələrin siyahısı:
Moldova 3 bal, Çexiya 12 bal, Litva 2 bal, Rusiya 3 bal, Gürcüstan 10 bal.
***
Vaxtından əvvəl qalibin adı bəlli olub. İsveç 328 balla liderdir.
***
“Eurovision- 2015” mahnı müsabiqəsinin qalibi İsveçdır. Azərbaycan isə yarışmada 49 balla 12-ci yerdə qərarlaşıb.
Mənbə:> Qafqazinfo.az