Azərbaycan Ermənistanı “Eurovision”dan kənarlaşdırmağı tələb etdi » AzNews.info -Xəbər portalı

Azərbaycan Ermənistanı “Eurovision”dan kənarlaşdırmağı tələb etdi

Azərbaycan Ermənistanı “Eurovision”dan kənarlaşdırmağı tələb etdi


“Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision 2016” Mahnı Müsabiqəsinin birinci yarımfinalında Ermənistan tərəfinin yol verdiyi bayraq təxribatı üzündən Avropa Yayım Birliyinə və “Eurovision” Mahnı Müsabiqəsinin rəhbərliyinə müraciət edib”.

AzNews.info xəbər verir ki, bunu APA-ya açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin rəhbəri Cəmil Quliyev deyib.

C. Quliyev bildirib ki, Ermənistan beynəlxalq hüquqa zidd hərəkət etdiyi üçün sərt şəkildə cəzalandırılmalıdır:

“İTV rəhbərliyi Avropa Yayım Birliyindən və “Eurovision” Mahnı Müsabiqəsinin rəhbərliyindən tələb edib ki, Ermənistan nümayəndə heyəti beynəlxalq hüquqa zidd hərəkətə görə sərt şəkildə cəzalandırılsın. Bu isə Ermənistanı təmsil edən İveta Mukuçyanın mahnı müsabiqəsindən kənarlaşdırılması şəkilində ola bilər”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *