Azərbaycanda yol qurbanları » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal, Avto

Azərbaycanda yol qurbanları – STATİSTİKA

Azərbaycanda yol qurbanları


Bu ilin ilk ikinda respublika ərazisində 267 yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Azərtac-a bildirib ki, hadisələr nəticəsində 78 nəfər ölüb, 287 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 106, ölüm isə 74 fakt azalıb. Qəzaların 100-ü paytaxtda qeydə alınıb. Bu hadisələr zamanı 19 nəfər ölüb, 105 nəfər yaralanıb.

K.Əliyev deyib ki, hadisələrin 115 piyadavurmadır. Nəticədə 40 nəfər ölüb, 80 nəfər xəsarət alıb.

Bundan əlavə, avtomobillərin ötmə və manevretmə qaydalarının pozulması və qarşı hərəkət zolağına çıxması nəticəsində 97, müəyyən edilmiş sürət həddinin aşılması səbəbindən isə 62 yol qəzası törədilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *