Bakıda 200 nəfər buna görə öldü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Avto

Bakıda 200 nəfər buna görə öldü – ŞOK STATİSTİKA

Bakıda 200 nəfər buna görə öldü


Azərbaycanda hər il 3 min 500-dən çox yol-nəqliyyat hadisəsi qeydə alınır ki, onlarda da mindən çox insan dünyasını dəyişir, iki minə yaxın insan isə müxtəlif dərəcəli xəsarət alır.

Axar.az xəbər verir ki, bu faktlar Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun həyata keçirdiyi “Sərxoş sürücülərə qarşı mübarizə kampaniyasının təşkili” layihəsi çərçivəsində Bakının Suraxanı rayonunda təşkil edilən tədbirdə səsləndirilib.

2015-ci ilin ilk 6 ayında respublika ərazisində qeydə alınan 1045 yol-nəqliyyat hadisəsində 407 nəfər ölüb, 1117 nəfər xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 171 hadisə, 105 ölüm faktı, 117 xəsarət faktı azalıb.

Eyni zamanda, 408 piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 143 nəfər ölüb, 313 nəfər xəsarət alıb. Yol qəzalarında ölənlərin 34-ü, yaralananların isə 99-u azyaşlıdır.

Yalnız Bakı şəhərində yanvarın 1-dən noyabrın 14-dək 694 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu qəzalarda da 200 nəfər ölüb, 746 nəfər isə xəsarət alıb.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *