6 ay, 1117 yaralı, 407 ölü
Cari ilin ilk 6 ayında respublika ərazisində 1045 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 407 nəfər ölüb, 1117 nəfər xəsarət alıb.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Oxu.Az-a verilən məlumata görə, baş verən qəzalarda 34 uşaq ölüb.
408 piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 143 nəfər ölüb, 313 nəfər xəsarət alıb.
Qeyd edək ki, 2015-ci ilin ilk yarısı ərzində Bakı şəhərinin inzibati ərazisində 392 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 118 nəfər ölüb, 414 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Mənbə:> Oxu.Az