Səhiyyə təşkilatından pis xəbər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Səhiyyə

Səhiyyə təşkilatından pis xəbər

Səhiyyə təşkilatından pis xəbər


Ümumdünya Səhiyyə Təşkilatı (WHO) 25 maydan bu yana Qərbi Afrikada Ebola virusu ucbatından 13 nəfərin öldüyünü qeydə alıb.

AzNews.info-nun "Tass" agentliyinə istinadən verdiyi məlumata görə, daha 133 nəfər bu ölümcül xəstəliyə yoluxub.

Bu rəqəmlər Cenevrədə yayılan statistik hesablamada öz əksini tapıb.

Qeyd edək ki, epidemiyanın Qvineya, Liberiya və Syerra-Leonda yayılmasından bu yana ümumilikdə 11 145 nəfər həyatını itirib, 27 135 nəfər isə bu virusun daşıyıcısıdır.

Liberiyada 10 666 Ebola virusuna yoluxanlardan 4 806 nəfər həyatını itirib. 9 maydan etibarən bu ölkə Ebola virusundan azad olsa da, Syerra-Leon və Qvineya hələ də Ebolanın yayılması ilə mübarizədədir. Bu müddət ərzində Syerra-Leonda 12 816 yoluxma, 3 911 ölüm hadisəsi qeydə alınıb. Bunların arasında ən az itki verən ölkə isə hələ ki, Qvineyadır. Burada 3 653 yoluxma və 2 428 ölüm hadisəsi qeydə alınıb.

Mənbə: TASS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *