Ebola Azərbaycan sərhədində » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Səhiyyə

Ebola Azərbaycan sərhədində

Ebola Azərbaycan sərhədində


Gürcüstanda Ebola xəstəliyinə yoluxması ehtimal edilən bir neçə nəfər həkimlərin nəzarəti altındadır.

AzNews.info-nun APA-ya istinadən məlumatına görə, bu barədə keçirilən mətbuat konfransında Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin Müşahidə Şurasının rəhbəri Paata İmnadze bildirib. P.İmnadze son üç ay ərzində Qərbi Afrikadan Gürcüstana 84 nəfərin gəldiyini və xəstəlik ehtimalının məhz onlara aid olunduğunun mümkünlüyünü bildirib. "Gürcüstana gələnlərin çoxusu Nigeriyadan olub. Onlar 21 gün karantin keçdikdən sonra, bu adamlara nəzarət edilmir. Məlumata görə, hələlik bir neçə nəfər həkimlərin nəzarəti altındadır".

P. İmnadze bildirib ki, xəstəliyə tutulmaq ehtimalı olunan bir neçə nəfərin karantin müddəti hələ keçməyib və müddət sona yetdikdən sonra müayinə olunan bu insanlara daha nəzarət edilməyəcək.

Qeyd edək ki, Ebola virusu 2014-cü ilin fevralında Qvineyada qeydə alınıb və sonra virus Sierra Leone, Liberiya, Nigeriya, Konqo və Seneqal Demokratik Respublikasına yayılıb. Xəstəlik ABŞ və Avropada da qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Ebola virusuna yoluxanların sayı 8000 nəfəri keçib və bu xəstəlikdən 4 min nəfər ölüb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *