Bakıda avtomobil qəzalarının sayı artıb: 67 ölü
Bu ilin yanvarın 1-dən aprelin 5-nə qədər paytaxt ərazisində 233 yol qəzası baş verib. Nəticədə 67 nəfər ölüb, 286 nəfər xəsarət alıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə yol qəzalarında ölüm hallarının sayı 2 fakt azalsa da, qəza hadisələrinin sayı 12 fakt, xəsarət sayı isə 39 fakt artıb.
Qəzaların 49%-i surət həddinin aşılması, 51%-i piyadaların vurulması, 27%-i təhlükəli manevr qaydasını pozma səbəbindən baş verib.
Mənbə:> Oxu.Az