Narkotik alverçisinə hökm oxundu – FOTO
Bakı Ağır Cinayətlər Məhkəməsində Qazax rayon sakinləri Musa Mirzəliyev (1976-cı il təv.) və Həmid Əliyevin (1974-cü il təv.) CM-nin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, bu il aprelin 26-da Nəsimi RPİ Narkotiklərlə mübarizə şöbəsinin əməkdaşları şübhəli şəxs qismində Musa Mirzəliyevi saxlayaraq, üzərindən 103,710 qram heroin aşkar ediblər. Dindirmə zamanı o, narkotik vasitəni Həmid Əliyevdən aldığını etiraf edib və bununla əlaqədar keçirilən əməliyyat nəticəsində sonuncu tutulub. Əliyevinn rayonun Mircəlal küçəsində kirayədə yaşadığı mənzilindən əlavə olaraq axtarış zamanı 1 kiloqram 115 qram heroin və 465 qram tiryək aşkar olunaraq götürülüb.
Məhkəmənin hökmü ilə H.Əliyev 10 və M.Mirzəliyev 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.
Mənbə:> Oxu.Az