Mirzə Ələkbər Sabirin nəticəsi həbs olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Mirzə Ələkbər Sabirin nəticəsi həbs olundu – 8-ci dəfə

Mirzə Ələkbər Sabirin nəticəsi həbs olundu


Bakı Ağır Cinayətlər Məhkəməsində Qobustan rayon sakini Samir Tahirzadənin (1967-ci il təv.) CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və ya satma) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Bu ilin may ayında Nizami RPİ əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Samir Tahirzadə saxlanılıb, ona məxsus çantada 501 qram heroin və 455 qram həşiş aşkar edilib.

Dindirmə zamanı saxlanılan şəxs narkotik maddələri 1500 manata tanımadığı şəxsdən aldığını, şəxsi istifadəsi ilə yanaşı, satmaq niyyətində olduğunu bildirib. Araşdırma zamanı saxlanılan şəxsin əvvəllər müxtəlif cinayətlərə görə 7 dəfə azadlıqdan məhrum edildiyi və eyni zamanda Azərbaycanın dahi şairi Mirzə Ələkbər Sabirin nəticəsi olduğu məlum olub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *