Narkotik satışında ələ keçən şəxsin cəzası azaldıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Narkotik satışında ələ keçən şəxsin cəzası azaldıldı

Narkotik satışında ələ keçən şəxsin cəzası azaldıldı


Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Coşqun Abbasovun CM-nin 206.3.2 (qaçaqmalçılıq, əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1 (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən əldə etmə və ya saxlama) və 234.4.3 (narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda qanunsuz əldə etmə, saxlama və ya satma) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Oxu.Az xəbər verir ki, ötən ilin oktyabr ayında Bakı-Qazax magistralının 70-ci km-də Azərbaycan Respublikasının vətəndaşı Coşqun Abbasov narkotik vasitəni şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satarkən saxlanılıb, Biləsuvar Gömrük İdarəsinin inzibati binasında onun satmaq istədiyi sellofan torbaya baxış keçirilib.

Torbanın içərisində olan 2 ədəd gümüşü rəngli bağlamalarda ümumilikdə 1 kiloqram 175 qram həşiş qətranı aşkar edilib. İstintaqın gedişatında məlum olub ki, aşkar olunan narkotik vasitəni realizə məqsədi ilə Coşqun Abbasova qaçaqmalçılıq yolu ilə İran vətəndaşı Səfər Abdullahivənd göndərib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Coşqun Abbasov 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən narazı qalan təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsi məqsədi ilə apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü dəyişdirib, qərara əsasən C.Abbasovun cəzası 8 ildən 6 ilə endirilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *