Bakıda 5 milyon manatlıq narkotiki yandırdılar – VİDEO
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun tapşırığına əsasən, bu gün Bünyad Sərdarov adına Maşınqayırma zavodunun inzibati ərazisində 199 məhkəmə hökmü ilə müsadirə olunmuş 358 kq-dan artıq müxtəlif növ narkotik vasitələr, o cümlədən 3620 ədəd çətənə bitkiləri Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı ilə müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən məhv edilib.
Virtualaz.org Dövlət Komissiyasının məlumatına istinadla xəbər verir ki, məhv edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 27 kq 448, 509 qr heroin, 145 kq 124,55 qr marixuana, 46 kq 776, 867qr həşiş qətranı, 104 kq 932,806 qr tiryək, 15 kq 852 qr xaş-xaş kütləsi, 200,571 qr kokain, 358,756 qr psixotrop maddələr təşkil edib.
Məhv olunan müxtəlif növ narkotik vasitələrin qara bazarda ümumi dəyəri 5 milyon manat təşkil edir.
Mənbə:> Virtualaz.org