Quldurluqda təqsirləndirilən paytaxt sakini 8 il müddətinə cəzalandırıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Quldurluqda təqsirləndirilən paytaxt sakini 8 il müddətinə cəzalandırıldı

Quldurluqda təqsirləndirilən paytaxt sakini 8 il müddətinə cəzalandırıldı


Bakı Ağır Cinayətlər Məhkəməsində şəhər sakini Natiq Hacıyevin (1999-cu il təv.) CM-nin 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Oxu.Az xəbər verir ki, ötən il noyabrın 24-də Nizami rayon ərazisində Natiq Hacıyev şəhər sakini Ramiz Nadirova bıçaqla hədə-qorxu gələrək, ona məxsus mobil telefonu və pulunu ələ keçirib, sonra isə hadisə yerindən qaçıb. Zərərçəkən baş vermiş hadisə ilə əlaqədar 24-cü polis bölməsinə müraciət edib. Səhərisi gün polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində quldurluqda şübhəli bilinən şəxs saxlanılıb, dindirmə zamanı o, törətdiyi əməlini etiraf edib.

Məhkəmə prosesində Natiq Hacıyev elan olunan ittiham üzrə özünü təqsirli hesab edib və əməlindən peşman olduğunu bildirib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *