Şamaxıda anasını öldürən 17 yaşlı oğlan 4 il cəza aldı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Şamaxıda anasını öldürən 17 yaşlı oğlan 4 il cəza aldı

Şamaxıda anasını öldürən 17 yaşlı oğlan 4 il cəza aldı


Bakı Ağır Cinayətlər Məhkəməsində Ağsu rayon sakini Mahmud Nağıyevin (1997-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Oxu.Az xəbər verir ki, ötən il avqustun 3-də, gecə saat 22 radələrində Şamaxı şəhərinin İstiqlaliyyət küçəsindəki 31 saylı evdə Mahmud Nağıyev anası Pərvanə Nağıyevaya (1971-ci il təv.) məişət təyinatlı bıçaqla çoxsaylı zərbələr endirib, nəticədə Mərkəzi rayon xəstəxanasına çatdırılan qadın kəskin qanitirmədən dünyasını dəyişib. Hadisədən sonra Mahmud könüllü RPŞ-nə gələrək, təslim olub.

Hadisə yerinin müayinəsi aparılarkən, oradan cinayət zamanı istifadə olunan bıçaq tapılıb. İşə təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, qadının bədəni üzərində, o cümlədən döş qəfəsində və qarın boşluğunda 10-dan artıq xəsarətlər aşkar edilib. Araşdırma aparılarkən məlum olub ki, Mahmud mərhumun yeganə övladı olub, əri ilə isə 2009-cu ildə boşanıb.

İstintaqla müəyyən olunub ki, valideynləri boşandıqdan sonra Mahmud babasının və nənəsinin himayəsində böyüyüb. Buna baxmayaraq ərlə arvadın münasibətləri normal şəkildə davam edib, Mahmud vaxtaşırı anasına baş çəkib. Baş vermiş hadisəyə Pərvanə Nağıyevanın mobil telefonuna naməlum şəxs, yaxud şəxslər tərəfindən gələn zənglər səbəb olub, bunlardan şübhələnən Mahmud anasını öldürmək qərarına gəlib.

Hadisə günü o əvvəlcədən əldə etdiyi bıçağı cibinə qoyaraq evlərinə yollanıb, amma sonra anasına zəng edib öyrənib ki, o bacısının evindədir. Bu səbəbdən təqsirləndirilən şəxs xalasının İstiqlaliyyət küçəsində yaşadığı evinə gəlib və orada anasını telefonda naməlum kişilərlə danışmaqda günahlandırıb. Qadın oğluna onun yanlış fikirdə olduğunu başa salmaq istəsə də, aqressiv şəkildə olan Mahmud üzərindəki bıçağı şalvarının sağ cibindən çıxararaq Pərvanə Nağıyevaya zərbələr endirib və sonra hadisə yerindən uzaqlaşıb.

Məhkəmə prosesində Mahmud Nağıyev ittiham üzrə özünü təqsirli bilərək, anasını qısqanclıq zəminində qətlə yetirdiyini bildirib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *