“8 dəfə həbs olunan Sabirin nəticəsi deyil”- Nəvəsi danışdı – VİDEO
Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabirin nəvəsi Sevda Tahirli şairin nəticəsinin 8-ci dəfə həbs olunması barədə yayılan xəbərlərə aydınlıq gətirib.
“Qafqazinfo”ya açıqlamasında o bildirib ki, həbs olunan Samir Tahirzadə şairin nəticəsi deyil:
“Həbs olunan şəxs Sabirin qardaşının nəticəsidir. O şəxsin şairlə əlaqəsi yoxdur. Baxmayaraq ki, bizimlə eyni soyadı daşıyır, o da tahirlərdəndir, amma şairin nəticəsi deyil. Onun Sabirə aiddiyyatı yoxdur. Sabirin qardaşına aiddiyyatı var”.
Qeyd edək ki, bir neçə ay əvvəl 8-ci dəfə narkotikaya görə həbs olunan Samir Samir Tahirzadənin şair Mirzə Ələkbər Sabirin nəticəsi olması ilə bağlı xəbəri report.az saytı yayıb.
Mənbə:> Qafqazinfo.az