Həbs olunan şəxs nazir müavini olan general qardaşıdır- Təfərrüat » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Həbs olunan şəxs nazir müavini olan general qardaşıdır- Təfərrüat

Həbs olunan şəxs nazir müavini olan general qardaşıdır- Təfərrüat



“Qafqazinfo” AzPolitika-ya istinadən xəbər verir ki, Qəzənfər Novruzov Naxçıvan MR Daxili İşlər nazirinin müavini, general-mayor Səbuhi Novruzovun qardaşıdır. Səbuhi Novruzov isə MR Ali Məclisinin sədri Vasif Talıbovun bacısının həyat yoldaşıdır.

Qəzənfər Novruzov 2013-cü ilin sonlarında icra başçısı Xaləddin İsgəndərov tərəfindən vəzifəsindən azad olunub.

“Qafqazinfo” xatırladır ki, Qəzənfər Novruzovun qardaşı Bakı Şəhər Yaşıllaşdırma İdarəsinin rəisidir.

Qəzənfər Novruzov əvvəllər aptek müdiri, daha sonra Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini, sonra da Binəqədi rayon icra başçısının müavini vəzifələrində çalışıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Bakıda baş vermiş dəhşətli yanğınla bağlı keçirdiyi sonuncu iclasda bu faciənin günahkarlarının kimliyindən asılı olmayaraq cəzalandırılacağını bildirmişdi.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *