Vasif Talıbov icra başçısının 4 müavinini işdən çıxardı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Vasif Talıbov icra başçısının 4 müavinini işdən çıxardı

Vasif Talıbov icra başçısının 4 müavinini işdən çıxardı


Məmurlar rayon əhalisinin şikəyətləri əsasında vəzifələrindən azad ediliblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun bir neçə gün bundan əvvəl Şərur Rayon İcra Hakimiyyəti başçısının 4 müavinini işdən çıxarması, icra başçısı ilə bağlı isə Preziden Administrasiyasına (PA) təqdimat göndərməsi xəbəri yayılmışdı.

AzNews.info Virtualaz.org-a istinadən xəbər verir ki, müxtəlif sosial şəbəkələrdə, internet portallarında yayılan xəbərlə bağlı aparılmış araşdırma zamanı məlum olub ki, Şərur rayonunda bir neçə müəssisənin açılışında iştirak edən Vasif Talıbov orada yerli camaatın problemləri ilə maraqlanıb. Bu zaman Vasib Talıbova icra başçısı və onun müavinləri ilə bağlı çoxlu şikayətlər bildirilib.

Rayon əhalisi bildirib ki, icra başçısı və onun müavinləri sakinləri qəbul etmir, onların problemləri ilə maraqlanmır.

Sakinlərin şikayətlərini diqqətlə dinləyən Vasif Talıbov onlara lazımi tədbirlərin görüləcəyini bildirib.

Daha sonra Şərurdan Ali Məclisə qayıdan Vasif Talıbov dərhal icra hakiminin 4 müavinini işdən azad edib. İşdən azad olunan müavinlər Rövşən Bağırov, Kamil İsgəndərli, Ələddin Məmmədov və Minurə Hüseynlidir.

Ali Məclis sədri icra başçısı İbrahim Məmmədova sərt xəbərdarlıq edərək onun işdən azad olunması üçün PA-a təqdimat da yazıb.

Artıq Vasif Talıbov icra başçısına yeni müavin də təyin edib. Bu Şərur rayon MSK-nın sədri Kamal Ələkbərovdur.

Qeyd edək ki, məlumatları Naxçıvan MR Ali Məclisinin mətbuat xidmətindən "Üç nöqtə" qəzetinə təsdiqləsələr də əlavə məlumat verilməyəcəyini bildiriblər.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *