Şəmkirdə yas çadırını sökdürmək istəyən məmurla jurnalist arasında qarşıdurma » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Şəmkirdə yas çadırını sökdürmək istəyən məmurla jurnalist arasında qarşıdurma

Şəmkirdə yas çadırını sökdürmək istəyən məmurla jurnalist arasında qarşıdurma

Bu məlumatı virtualaz.org saytına hazırda həmin yas mərasimində iştirak edən jurnalist Aynur Elgünəş verib.

O bildirib ki, Şəmkir rayonunun Dəllər-Cirdaxan kəndində (Cəfər Cabbarlı) yas mərasiminə gələn kənd bələdiyyəsinin sədri Xəqani Hüseynov süfrəyə halva qoyulmasına icazə verməyib. Ev sahibləri Bakıdan və uzaq yoldan yas mərasimində iştirak etməyə gələnlərin olduğunu bildirərək süfrəyə heç olmasa pendir-çörək qoyulmasını istəyiblər. Lakin bələdiyyə sədri buna icazə verməyəcəyini, əks halda çadırı sökdürəcəyini bildirib.

Bələdiyyə sədri onun bu xəbərdarlığına etiraz edən A.Elgünəşi kənddən qovduracağını deyib: “Bələdiyyə sədrinə bunun qadağan olmadığını, yalnız tövsiyə xarakteri daşıdığını bildirdim və ona Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının bu barədə açıqlamasını xatırlatdım. Bələdiyyə sədri bildirdi ki, “Mübariz Qurbanlı kimdir ki? Bizim rayonun öz icra hakmiyyəti var və biz onun qərarlarını yerinə yetirirk. Səni də bu kənddən qovduracam”. Bələdiyyə sədri mənə onu da dedi ki, sən bunun qadağan olmadığını deyərək burada provakasiya törədirsən. Bizim rayonun öz qərarıdır və bu qərar icra edilir””.

A.Elgünəş hazırda rayon icra nümayəndələrinin də yas mərasiminə gəldiyini, mollanın da çadıra buraxılmadığını dedi: “Mollaya icazə vermirlər ki, çadıra girsin. Bələdiyyə sədri mollaya yasa girəcəyi təqdirdə 1000 manat cərimələnəcəyini deyir. Pendir-çörək verməyə icazə vermirlər. Yas günü halvanın süfrəyə qoyulduğunu deyərək bu gün - 3 mərasimində halvanın verilməsinə icazə vermirlər”.

Hazırda Aynur Elgünəşin kənddən çıxarılması üçün əraziyə polis əməkdaşları çağırılıb.

A.Elgünəş onu da qeyd etdi ki, yas olan günü də bələdiyyə sədri ehsan verilməməsi ilə bağlı xəbərdarlıq etmişdi.

Virtualaz.org saytının əldə etdiyi məlumata görə, hazırda yas mərasimi keçirilən şəxs Nizami Əliyev Müsavat Partiyasının rayon təşkilatının sədri olub.

Rayon sakinlərinin saytımıza verdiyi məlumata görə, sentyabrın 1-dən keçirilən yas mərasimlərinin bəzilərində hətta aş da verilib. Bu günədək keçirilən yas mərasimlərində ən azı halva verilir. Bu yasda isə nə halvaya, nə də xurmaya icazə vermirlər.

Bələdiyyə sədri Xəqani Hüseynov virtualaz.org saytınının suallarını cavablandırıb.

Bələdiyyə sədri elədiklərinə haqq qazandıraraq bunun rayon rəhbərliyini öz qadağası olduğunu dedi: “Bu, bizim rayon rəhbərliyi tərəfindən qəbul edilən qərardır və bunu icra edirik. Sentyabrın 1-dən bu qadağalar tətbiq edilir”.

X.Hüseynova sentyabrın 1-dən etibarən Bakıda keçirilən yas mərasimlərində halva və xurmanın verildiyini xatırlatdıq. Bələdiyyə sədri öz növbəsində bildirdi ki, bu, Şəmkir rayon rəhbərliyinin öz qərarıdır və belə də olmalıdır.

Bələdiyyə sədrinə yas mərasimində ehsanın verilməməsinin hələ ki, qadağa yox, tövsiyə xarakteri daşıdığını, Mübariz Qurbanlının da belə bir açıqlamasının olduğunu xatırlatdıq. Bələdiyyə sədri qətiyyətlə bu qərarın icra başçısı tərəfindən verildiyini bəyan etdi.

Hazırda yas mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sənan Quliyev və digər şəxslər də var. Onlar da ehsanın verilməməsinə nəzarət edirlər.

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *