AYB-in bölmə sədri vəfat etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Ədəbiyyat

AYB-in bölmə sədri vəfat etdi

AYB-in bölmə sədri vəfat etdi


Azərbaycan Yazıçılar Birliyinin bölmə sədri vəfat edib.

ANS PRESS-in məlumatına görə, bu haqda informasiyanı AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza şəxsi Facebook səhifəsində yayıb.

Xəbərdə deyilir ki, AYB Gəncə bölməsinin sədri, şair Məmməd Alim dünyasını dəyişib.

Qeyd edək ki, Məmməd Alim Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri, Respublikanın əməkdar incəsənət xadimi, Rəsul Rza mükafatı laureatıdır. Şair 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri vəzifəsində çalışırmış.

Məmməd Alimin 20-yə qədər kitabı işıq üzü gorüb. Bundan başqa onun dünya ədəbiyyatından tərcümələri də çoxdur. İlk kitabı olan “Ürəyimin şəkli” 1979-cu ildə 30 yaşı olarkən dərc edilib. 2007-ci ildə onun haqqında “Yuva qurdum söz içində. Məmməd Alim” adlı sənədli film çəkilib. Həmin ekran əsərində şairin bütün yaradıcılığı, şeirlərinin yaranma tarixcəsi öz əksini tapıb.

Allah rəhmət eləsin!

AYB-in bölmə sədri vəfat etdi

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *