Evi dağılan 2 ailəyə ev veriləcək
"Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli binada baş vermiş partlayış nəticəsində birinci və üçüncü mərtəbədə yaşayan Qubadlı rayonundan köçkün düşmüş iki ailənin mənzilləri də yararsız vəziyyətə düşüb”.
ANS PRESS-in məlumatına görə, bunu APA-ya açıqlamasında Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Allahverdi Haxverdiyev söyləyib.
O bildirib ki, hər biri 5 və 4 nəfərdən ibarət olan bu ailələrin 2 üzvü dağıntılar altında qalıb, hazırda xilasetmə işləri aparılır. A.Haxverdiyev hər iki ailənin bu günlərdə Mehdiabadda mənzillə təmin ediləcəyini bildirib.
Mənbə:> ANSPRESS