Oğlu özbaşınalıq edən məmur cəzalandırıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Oğlu özbaşınalıq edən məmur cəzalandırıldı

Oğlu özbaşınalıq edən məmur cəzalandırıldı


Zərdab rayon icra hakimiyyəti başçısının birinci müavini Allahverdi Səfərov tutduğu vəzifəsindən azad edilib.

Zərdab rayon İcra Hakimiyyətindən ANS PRESS-ə verilən məlumata görə, məlum olaylardan sonra A. Səfərov işdən uzaqlaşdırılıb.

Qeyd edək ki, A.Səfərovun oğlu Ceyhun Səfərov bu il martın 22-də saat 16.00 radələrində sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim etmə tələbinə tabe olmaqdan imtina etdiyinə görə saxlanılıb.

Zərdab Rayon Məhkəməsi tərəfindən C.Səfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq edilib.

Martın 27-də C.Səfərov həbs müddəti başa çatdığı üçün sərbəst buraxılıb.

Xatırladaq ki, prezident İlham Əliyev bir neçə dəfə dövlət məmurlarına övladları ilə bağlı xəbərdarlıq edib. Prezident yüksək vəzifə tutan məmurların övladlarının harın hərəkətlərinin yolverilməz olduğunu və belə hal baş verərsə həmin şəxslərin işdən qovulacağını bildirmişdi.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *