Bakı polisi 3 “avtoşu” saxladı
Bakıda Yol Patrul Xidmətinin əməkdaşları avtoxuliqanlara qarşı əməliyyat keçiriblər.
DİN-dən Oxu.Az-a daxil olan məlumata görə, martın 3-də YPX əməkdaşları Xətai rayonu ərazisində “Opel” markalı avtomobillə avtoxuliqanlıq edən Roman Səmədovu saxlayıblar.
Saxlanılan şəxs barəsində toplanan materiallar Xətai rayon məhkəməsinə göndərilib.
Daha bir avtoxuliqan isə fevralın 20-də Yasamal rayonu ərazisində saxlanılıb. Belə ki, avtoxuliqanlıq etdiyi üçün “VAZ-21214” markalı avtomobilin sürücüsü Səid Həsənov barəsində toplanmış materiallar Yasamal rayon məhkəməsinə göndərilib.
Digər avtoxuliqan isə yanvarın 23-də saxlanılıb. Bakı sakini Qabil Hüseynov “Opel” markalı avtomobillə qaydaları kobudcasına pozduğu üçün YPX əməkdaşları tərəfindən saxlanılıb. Nizami rayon məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 296.1.1. maddəsi ilə saxlanılan şəxsi təqsirli bilərək, onu 1 il müddətində sürücülük hüququndan məhrum edib və barəsində 15 gün həbs inzibati tənbeh cəzasını tətbiq edib.
Mənbə:> Oxu.Az