Bakı polisindən dilənçilərə qarşı daha bir əməliyyat: 57 nəfər saxlanılıb
Bakı şəhər Baş Polis İdarəsi paytaxtda avara və dilənçilik həyat tərzi keçirən 57 nəfəri saxlayıb.
Qurumun mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, saxlanılanlar barəsində inzibati protokol tərtib edilib.
Saxlanılan şəxslərin 28-nin azyaşlı olduğu bildirilir.
Mənbə:> Oxu.Az